KİV: Aİ ölkələri ABŞ-ın sülh planına alternativ təkliflərindən imtina edib
Dünya
244
17:41, Bu gün

KİV: Aİ ölkələri ABŞ-ın sülh planına alternativ təkliflərindən imtina edib

Avropa İttifaqı ölkələri ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü planın müzakirələri fonunda öz “qarşı təklifləri”ndən imtina etmək qərarına gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Qəzetin yazdığına görə, Avropa liderləri Trampın sülh planından narazı qalsalar da, ABŞ-la gərginliyin qarşısını almaq üçün onu gələcək saziş üçün bir baza kimi qəbul ediblər.

Bildirilir ki, Avropa liderləri Trampa qarşı ən effektiv yanaşmanın “onunla danışan son tərəf olmaq” olduğu qənaətinə gəliblər.

Link kopyalandı!
Son xəbərlər