20:26
12°C
Bakı
Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar yaxşı gedir.
Moderator.az xəbər verir ki, bunu ABŞ ordusunun sözçüsü Cefri Tolbert “ABC News”a açıqlamasında deyib.
“Ukraynada davamlı sülhə nail olmaq üçün bazar ertəsi və çərşənbə axşamı ərzində ordu katibi Driskol və komandası Rusiya nümayəndə heyəti ilə müzakirələr aparıb. Müzakirələr yaxşı davam edir və biz bu barədə optimistik. Katib Driskol danışıqlar prosesində Ağ Evlə sinxronizə edilmiş vəziyyətdə hərəkət edir”, - ABŞ ordusunun sözçüsü bildirib.