20:27
12°C
Bakı
Ukrayna ABŞ tərəfindən təklif olunan sülh planının şərtləri ilə razılaşıb.
Moderator.az xəbər verir ki, bu barədə anonim ABŞ rəsmisi “ABC News”a danışıb.
“Ukraynalılar sülh planı ilə razılaşıblar. Bəzi kiçik detallar həll edilməmiş olaraq qalır, amma ümumilikdə onlar buna razılıq veriblər”, - mənbə bildirib.
Qeyd edək ki, hazırda Əbu-Dabidə ABŞ və Rusiya rəsmiləri arasında Ukrayna sülh razılaşması ilə bağlı danışıqlar gedir. Bundan əvvəl ABŞ tərəfindən təklif olunan 28 maddəli planın müddəalarının 19-a endirildiyi bildirilib.