19:28
12°C
Bakı
Türkiyənin Şanlıurfa vilayətində məhkəmə binasında partlayış baş verib.
Moderator.az-ın məlumatına görə, partlayış nəticəsində yaralananların olduğu bildirilir.
Türkiyə ədliyyə naziri Yılmaz Tunç Şanlıurfa məhkəməsinin ədli əmanət anbarında partlayış baş verdiyini qeyd edib. Nazir bir nəfərin ayağından xəsarət aldığını əlavə edib.