19:28
12°C
Bakı
Filippin sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 105 min əhalisi olan Mati şəhərindən 66 km cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 72 km dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.