İranın Qərbi Azərbaycan ostanı havanın hədsiz dərəcədə çirklənməsindən əziyyət çəkir
Dünya
187
16:30, Bu gün

İranın Qərbi Azərbaycan ostanı havanın hədsiz dərəcədə çirklənməsindən əziyyət çəkir

İranın Qərbi Azərbaycan ostanında havanın çirklənməsi təhlükəli həddə çatıb.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Urmiyada havanın keyfiyyəti qırmızı zona elan edilib və "qeyri-sağlam" kimi qiymətləndirilib. Xoyda da oxşar vəziyyət müşahidə olunur, burada çirklənmə indeksi 150-dir.

Ən ağır vəziyyət Soyuqbulaqdadır (Mahabad): burada çirklənmə indeksi 269-a çatıb və şəhər "qeyri-sağlam" bənövşəyi zonaya düşüb.

Ostanın Ətraf Mühitin Mühafizəsi İdarəsinin nümayəndəsi Seyid Musəvi sakinləri tikinti və asfaltlama kimi tüstü yaradan işlərdən çəkinməyə çağırıb. O, həmçinin ürək və ağciyər xəstəlikləri olan insanlara küçəyə çıxmamağı tövsiyə edib.

Bildirilir ki, son yeddi günün beşində ostanda havanın keyfiyyəti çox aşağı olub.

Link kopyalandı!
Son xəbərlər