Azərbaycanda sənədlərini itirən Özbəkistan vətəndaşı geri qaytarıldı
Dünya
270
13:35, Bu gün

Azərbaycanda sənədlərini itirən Özbəkistan vətəndaşı geri qaytarıldı

Özbəkistanın Azərbaycandakı səfirliyi köməyə ehtiyacı olan Özbəkistan vətəndaşının vətənə qaytarılmasına köməklik göstərib.
 
Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
 
Bildirilib ki, səhhətində ciddi problemləri olan, mikroinfarkt keçirən qadın repatriasiya şəhadətnaməsinin alınmasında əməli köməklik üçün ölkə səfirliyi ilə əlaqə saxlayıb. Səfirliyin məlumatına görə, vətəndaş uzun illər lazımi sənədləri olmadan Azərbaycanda yaşayıb. Davamlı köçməsi nəticəsində şəxsiyyətini təsdiq edən sənədini də itirib.
 
“Səfirlik diplomatları vətəndaşın sağlamlıq vəziyyətini, daimi yaşayış yerinin olmadığını, ağır maddi vəziyyətini nəzərə alaraq onun vətənə qaytarılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. O cümlədən, diplomatik nümayəndəlik təyyarə biletinin alınmasını təşkil edib. Vətəndaş uğurla vətənə qaytarılıb”, - məlumatda qeyd olunub.
Link kopyalandı!
Son xəbərlər