Rubio Kallasla görüşməkdən imtina edir
Dünya
161
13:17, Bu gün

Rubio Kallasla görüşməkdən imtina edir

ABŞ dövlət katibi Marko Rubio Donald Tramp Administrasiyası ilə çətin münasibətləri səbəbindən Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasla rəsmi görüşlərdən imtina edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
 
Bir müddət öncə Kallas bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda güzəştlər yalnız Rusiya tərəfindən olmalıdır. O, ABŞ Prezidenti Donald Trampın yeni təklifləri fonunda Avropanın Ukrayna ilə bağlı "dəqiq planı"ı olduğunu önə çəkib.
 
Rubio isə bəyan edib ki, Aİ və NATO-nun Ukrayna böhranının həlli prosesində iştirakı hələ müzakirə edilməlidir. Onun sözlərinə görə, Amerika tərəfinin təklif etdiyi sülh planı daim təkmilləşdirilir və "canlı" sənəddir. Dövlət katibi Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqlarının olduğunu da vurğulayıb.
 
O əlavə edib ki, bu mübahisəli məsələlər Avropanın milli təhlükəsizlik nümayəndələri ilə birgə həll olunacaq. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər