Dünyanı qarışdıran plan: “Rusiya yeni dünya düzəni qurmaq istəyir”
Dünya
1336
11:50, Bu gün

Dünyanı qarışdıran plan: “Rusiya yeni dünya düzəni qurmaq istəyir”

Sülh danışıqları fonunda Şərqi Avropa cəbhəsində vəziyyət gərginləşir. Rusiya ordusunun Ukraynanı hədəf alan hücumları və Kiyevin buna cavab olaraq sərhəd boyu yerləşən hərbi obyektləri vurması bölgədə qarşıdurmanın yeni, daha təhlükəli mərhələyə keçdiyini göstərir. Diplomatik masada müzakirələr aparılsa da, real situasiya müharibənin kritik həddə çatdığını və sabitlik ümidlərinin yenidən sual altına düşdüyünü nümayiş etdirir.
 
Bəs müharibəni kritik həddə çatdıran səbəblər nədir?
Moderator.az-a danışan politoloq Xaqani Cəfərli deyib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyanın təcavüzü  nəticəsində başlamış müharibəni dayandırmaq üçün irəli sürdüyü 28 maddəlik çox bəsit hazırlanmış bir sənədddir:
 
“Çünki, həmin sənəddə danışqılara cəlb olunmayan Avropa İttifaqı, G7 ölkələrinin hüquqlarına aid məqamlar var ki, 28 maddəlik sülh planın müəlliflkəri həmin məqamları da 28 maddənin sırasına daxil ediblər. Düzəlişlərdən sonra həmin məqamlar sülh planınından çıxarılıb. Tramp və adminstrasiyası çox diletant davranır. Müharibənin səbəbi iki ölkə arasında ərazi mübahisəsi deyil. Rusiya onun xüsusi hüquqlarının olduğu dünya düzəni arzusundadır. Məsələn, Rusiya Avropanın təhlükəsizliyində söz sahibi olmaq istəyir. Bu isə mümkün deyil.  Rusiya Avropa ölkələrində sabitliyi pozmaq üçün narkotik ticarəti və qaçqınlar da daxil olmaqla bir çox məsələlərdən istifadə edir. Belə bir vəziyyətdə Avropa qitəsində dayanaqlı sülhə nail olmaq mümkün deyil. Təəssüf ki, Tramp və adminstrasiyası bunu başa düşmür”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər