Bryus Ullisin həyat yoldaşı sənətçinin ölümünə hazırlaşmalarından danışdı
Dünya
218
08:26, Bu gün

Bryus Ullisin həyat yoldaşı sənətçinin ölümünə hazırlaşmalarından danışdı

Məşhur Hollivud aktyoru və demensiyadan əziyyət çəkən Bryus Uillisin həyat yoldaşı Emma Heminq sənətçinin səhhətinin tədricən pisləşdiyini və ailəsinin onun ölümünə hazırlaşdığını bildirib.
 
Moderator.az xəbər verir ki, o bu barədə "The WP Times" nəşrinə müsahibəsində danışıb.
 
Onun sözlərinə görə, Uillis hər keçən gün daha çox koqnitiv qabiliyyətlərini itirir. Hətta Hollivud ulduzunun ölümü barədə ailə içində danışmaq çətin olsa da, Heminq bütün detalları əvvəlcədən düşünməyin və aktyorun son günlərində ona lazımi qayğının göstərilməsi üçün tədbirlər görməyin vacib olduğunu qeyd edib.
 
Bundan əlavə, Heminq onların Uillislə olan qızlarını da bu itkiyə hazırlamağa çalışır və artıq atalarının vəziyyəti barədə məlumatları gizlətmir.
 
"Qızlarımın qayğısına necə qalacağımla bağlı planım var və demək olar ki, hazırdır. Beləliklə, onlar bütün qərarları özləri vermək və hər bir məsələni təkbaşına həll etmək məcburiyyətində qalmayacaqlar. Məqsədim onların həyatını az da olsa asanlaşdırmaqdır", - deyə Emma bildirib.
 
Qeyd edək ki, Bryus Uillisin aktrisa Demi Murdan üç övladı var. Cütlük Rumer, Tallula və Skaut adlı qızlarını böyüdüb. Onlar 1987-ci ildən 2000-ci ilə qədər - təxminən 13 il evli olublar. Boşandıqdan sonra Bryus Uillis 2009-cu ildə özündən 23 yaş kiçik model Emma Heminqlə ailə həyatı qurub. Cütlük hazırda Meybel Rey və Evelin Penn adlı iki qız böyüdür.
 
2023-cü ilin fevralında Bryus Uillisin ailəsi aktyorda alın-gicgah demensiyası olduğunu açıqlayıb. Bu xəstəlik koqnitiv (idrak) bacarıqların tədricən itirilməsinə səbəb olur. /oxu.az/
Link kopyalandı!
Son xəbərlər