Rusiyada məhkəmə azərbaycanlı Şahlar Novruzovun aktivlərini müsadirə edib
Dünya
233
24 Nov 2025 | 23:58

Rusiyada məhkəmə azərbaycanlı Şahlar Novruzovun aktivlərini müsadirə edib

Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun azərbaycanlı Şahlar Novruzovun aktivlərinin Rusiya dövlətinin gəliri kimi müsadirə edilməsi barədə iddiasını təmin edib.

Moderator.az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.

Məhkəmənin qərarı ilə "Tuapsinskiy morskoy kommerçeskiy port" (TMKP)" MMC və "Predpriyatiye TMKP" MMC-nin nizamnamə kapitalındakı payların 100%-i Rusiyanın xəzinəsinə keçib.

Dövlət həmçinin Temryuk dəniz yükləmə terminalını və "Dar frut" MMC-yə məxsus obyektləri də əldə edib.

Şahlar Novruzov hazırda xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunaraq həbsdə saxlanılır.

Link kopyalandı!
Son xəbərlər