Taylandda daşqınlar 18 nəfərin həyatına son qoyub
Dünya
170
24 Nov 2025 | 23:10

Taylandda daşqınlar 18 nəfərin həyatına son qoyub

Cənub-Şərqi Asiyada şiddətlənən musson yağışları Taylandın cənub əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Moderator.az xəbər verir ki, günlərlə davam edən güclü yağış səbəbilə bölgədə fövqəladə vəziyyət elan olunub.

Taylandın Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Departamenti (DDPM) daşqın və torpaq sürüşmələrinin 10 əyalətdə 719.000 fərdi təsərrüfata və 1.917.000-dən çox insana təsir etdiyini açıqlayıb.

Səhiyyə Nazirliyi fəlakətlər nəticəsində azı 18 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını və bir nəfərin itkin düşdüyünü açıqlayıb.

Ölkənin bir çox yerində yol nəqliyyatı tamamilə dayanıb. Elektrik enerjisi və internet kəsintiləri həyatı çətinləşdirib və təchizatı azalan vətəndaşlar sosial mediada kömək üçün müraciət ediblər.

Link kopyalandı!
Son xəbərlər