Paşinyandan prokurorluğa şikayət edildi
Dünya
138
22:40, Bu gün

Paşinyandan prokurorluğa şikayət edildi

Ermənistanın media nümayəndələri, siyasətçilər və insan haqları fəalları baş nazir Nikol Paşinyana qarşı ölkənin baş prokurorluğuna şikayət ərizəsi təqdim ediblər.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, hökumət başçısı siyasi müxalifləri təqib etməkdə və Erməni Apostol Kilsəsinin işlərinə müdaxilə etməkdə ittiham olunur.

Ərizədə iddia olunur ki, 2026-cı il parlament seçkisi ərəfəsində Ermənistan hakimiyyəti siyasi müxaliflərə və tənqid qruplarına təzyiq edib. Onların sözlərinə görə, təzyiq əsasən Erməni Apostol Kilsəsinə, Katolikosa, bir neçə yüksəkvəzifəli ruhaniyə və onların qohumlarına, eləcə də iş adamı Samvel Karapetyana və kilsəni dəstəkləyən digər şəxslərə yönəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər