00:09
14°C
Bakı
"Mister və missis Smit" serialından tanınan ABŞ aktyoru və reperi Donald Qlover keçən il konsert turu zamanı keçirdiyi insultdan danışıb.
Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qlover səhhətində yaranmış problemlər səbəbindən turu dayandırmağa məcbur olub. O vaxt o, sadəcə narahatlıq keçirdiyini düşünüb.
"Luizianada olarkən başım bərk ağrıyırdı. Buna baxmayaraq, konsertdə çıxış etdim. Hyustonda görmə qabiliyyətim pisləşdi və xəstəxanaya müraciət etdim. Həkim mənə insult keçirdiyimi söylədi", - deyə musiqiçi son çıxışı zamanı bildirib.
Qlover onu da əlavə edib ki, müayinə zamanı ürəyində dəlik aşkar edilib və bunun üçün onun ürəyində iki cərrahiyyə əməliyyatı aparılmalıdır.