Yanacaqdaşıyan maşınla avtobus toqquşdu - Çox sayda yaralanan var
1483
24 Nov 2025 | 21:17

Yanacaqdaşıyan maşınla avtobus toqquşdu - Çox sayda yaralanan var

Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.

Moderator.az "Habertürk"ə istinadən xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələri daşıyan avtobus toqquşub.

Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Link kopyalandı!
Son xəbərlər