23:24
14°C
Bakı
Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.
Moderator.az "Habertürk"ə istinadən xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələri daşıyan avtobus toqquşub.
Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma başladılıb.