KİV: ABŞ-ın sülh planından Rusiya aktivləri ilə bağlı bənd çıxarılıb
Dünya
179
20:59, Bu gün

KİV: ABŞ-ın sülh planından Rusiya aktivləri ilə bağlı bənd çıxarılıb

Ukraynanın Bərpa Fonduna təxminən 100 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin ayrılması ilə bağlı bənd ABŞ sülh planı layihəsinin son versiyasından çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg“ Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu bəndin çıxarılması Avropa rəsmiləri arasında nikbinliyə səbəb olub. İlkin təklifdə ABŞ-ın bu aktivlərdən əldə etdiyi mənfəətin 50%-ni alacağı, istifadə olunmamış dondurulmuş vəsaitlərin isə Rusiya-Amerika investisiya fonduna yönəldiləcəyi nəzərdə tutulurdu.

Link kopyalandı!
Son xəbərlər