Polşa XİN İsrail səfirini çağırıb
Dünya
133
20:20, Bu gün

Polşa XİN İsrail səfirini çağırıb

Polşa Xarici İşlər Nazirliyi İsrail səfiri Yakov Livneni çağırıb.

Moderator.az bu barədə "Ynet"ə istinadən xəbər verir.

Məlumata görə, səfir "Yad Vaşem" institutunun "X"dəki paylaşımı ilə bağlı izahat vermək üçün çağırılıb.

Qeyd edilir ki, həmin paylaşımda Polşanın yəhudilərin ətraf mühitdən təcrid olunması üçün onları fərqləndirici nişanlar taxmağa məcbur edən ilk ölkə olduğu iddia olunub

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski "Yad Vaşem"in paylaşımın altında qeyd edib ki, söhbət Almaniya tərəfindən işğal olunmuş Polşadan gedir.

"Yad Vaşem" isə öz növbəsində bəyan edib ki, artıq paylaşımın mətnində dəyişikliklər edilib.

Link kopyalandı!
Son xəbərlər