21:11
16°C
Bakı
Fransanın xarici işlər naziri Jan Noel Baro iranlı həmkarı Abbas Araqçi ilə Parisdə görüşəcək.
Moderator.az Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş noyabrın 26-da baş tutacaq.
Görüşdə İranın nüvə proqramı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı müzakirə olunacaq.
Nazirlər həm də İranda həbsdən azad olunan, lakin ölkəni tərk etmələri qadağan olunan iki Fransa vətəndaşının taleyini müzakirə edəcəklər.