21:10
16°C
Bakı
Cenevrədə keçirilən danışıqların nəticələrinə əsasən, 28 bəndlik sülh planı artıq əvvəlki formasında mövcud deyil, bəzi bəndlər çıxarılıb, bəziləri isə dəyişdirilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksandr Bevz “Facebook”da bildirib.
“Ukrayna ABŞ-la təklif olunan planın hər bəndini müzakirə edib. Artıq 28 bəndlik plan əvvəlki formasında mövcud deyil. Bəzi bəndlər çıxarılıb, bəziləri dəyişdirilib. Ukrayna tərəfinin heç bir təklifi reaksiyasız qalmayıb”, - müşavir bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün axşam Cenevrədəki danışıqların yekunları ilə bağlı nümayəndə heyətindən tam hesabat gözləyir. Hesabat əsasında isə növbəti addımlar müəyyən ediləcək.