Əfsanəvi ABBA qrupunun musiqiçisi Yan Klinq vəfat etdi
Dünya
190
17:39, Bu gün

Əfsanəvi ABBA qrupunun musiqiçisi Yan Klinq vəfat etdi

İsveçin əfsanəvi ABBA-nın qrupunun "Fernando" mahnısına fleyta ilə giriş edən musiqiçi Yan Klinq 85 yaşında vəfat edib.

Moderator.az "Aftonbladet" nəşrinə istinadla xəbər verir ki, musiqiçinin oğlu Matias bu faktı təsdiqləyib.

Klinq saksofon, fleyta, klarnet kimi nəfəsli alətlərdə ifa edib. Onun iştirakı ilə kompozisiyalar ABBA-nın "Arrival" (1976), "Voulez-vous" (1979), "Super Trouper" (1981) və "The Visitors" (1981) albomlarında yer alıb.

1972-ci ildə yaradılmış ABBA qrupu on il fəaliyyət göstərib. Kollektivin doqquz studiya albomu var. Bu albomların sonuncusu 2021-ci ildə çıxıb.

Məşhur kvartet Byorn Ulveus, Anni-Frid Linqstad, Aqneta Faltskoq və Benni Anderssondan ibarət olub. dur. Qrup daxilində iki evli cütün boşanması ABBA-nın dağılmasına gətirib çıxarıb.

Link kopyalandı!
Son xəbərlər