21:07
16°C
Bakı
Almaniya Kansleri Fridrix Merts İsrailə ilk rəsmi səfərini edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, səfər 6-7 dekabr tarixlərində baş tutacaq və Kanslerin “Yad Vaşem” Holokost memorialını ziyarət etməsi planlaşdırılır.
Qeyd edək ki, bu yaxınlarda Almaniya İsrailə bəzi silahların ixracına qoyulmuş qadağanı ləğv edəcəyini elan edib. Almaniya İsrailə ən çox silah ixrac edən ikinci ölkə hesab olunur.