ABŞ Ukraynaya sülh planından başqa, daha bir sənəd təqdim edib
Dünya
208
16:00, Bu gün

ABŞ Ukraynaya sülh planından başqa, daha bir sənəd təqdim edib

Trampın 28 bəndlik sülh planına əlavə olaraq ABŞ Ukraynaya Kiyev üçün təhlükəsizlik zəmanətlərini müəyyən edən ikinci sənəd təqdim edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "RBC-Ukraina" nəşri məlumat verib.

Məlumata görə, sənəd "Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə çərçivə sazişi" adlanır. İddia edilir ki, sənəd NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanıb və jurnalistlərin qeyd etdiyi kimi, bu saziş üç bənddən ibarətdir.

Birinci bəndə əsasən, Ukraynaya silahlı hücum halında ABŞ prezidenti silahlı qüvvələr, kəşfiyyat və logistik dəstək, iqtisadi və diplomatik tədbirlər tətbiq edə, eləcə də məqsədəuyğun hesab edilən digər addımlar ata bilər.

İkinci bənddə Fransa, Böyük Britaniya, Almaniya, Polşa və Finlandiya da daxil olmaqla, Avropadakı Şimali Atlantika Alyansı (NATO) müttəfiqlərinin ABŞ ilə razılaşdırılmış şəkildə hərəkət etməyi öhdələrinə götürmələrini nəzərdə tutur.

Üçüncü bənd sazişin qüvvədə olma müddətini müəyyən edir. Saziş uzadılma ehtimalı ilə 10 il müddətində qüvvədə olacaq.

Qeyd olunur ki, sazişin təqdim olunmuş versiyası yekun deyil, sənədin mətni dəyişdirilə bilər.

Link kopyalandı!
Son xəbərlər