Dünya
228
14:40, Bu gün

"Zita və Gita"nın məşhur aktyoru vəfat etdi

Hindistanın məşhur aktyoru Dharmendra bu gün 89 yaşında dünyasını dəyişib.
 
Moderator.az Hindistan mediasına istinadla xəbər verir ki, o, bu ay nəfəs darlığı problemi ilə əlaqədar xəstəxanaya yerləşdirilibmiş.
 
Bu gün isə səhhəti ağırlaşaraq, evində vəfat edib. 
 
Qeyd edək ki, o, Azərbaycanda sevilən Bollivud aktyorlarından olub. Dharmendra “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” və s. filmləri ilə məşhurdur
 
Qeyd edək ki, aktyorun iki həyat yoldaşı, 6 övladı var. 
 
Link kopyalandı!
Son xəbərlər