Bizi sosial şəbəkələrdən izləyin:
Amerika administrasiyası hələlik Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri və ya Vaşinqtonla Moskva arasında yeni təmaslar üçün tarixləri müəyyən etməyib.
Moderator.az xəbər verir ki, bu barədə "CBS News"un müxbiri Marqaret Brennan Ağ Evdəki mənbələrinə istinadən "X" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin və Ukraynanın bir neçə rəsmisi mənə bildirib ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp razılaşma əldə etmək üçün çalışdığı üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə mümkün səfəri ilə bağlı müzakirələr aparılır."
"Ağ Evin yüksək vəzifəli rəsmisi mənə dedi ki, nə Zelenskinin, nə də ABŞ-nin Rusiya rəsmiləri ilə görüşü planlaşdırılıb", - jurnalist əlavə edib.