Dünya
180
08:35, Bu gün

"Titanik"də batan cütlüyün saatı hərracda 2 milyona satıldı

"Titanik"in sərnişinləri olan İsidor və İda Ştraus cütlüyünə məxsus qızıl cib saatı hərracda 2,33 milyon dollara satılıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, hərracı Böyük Britaniyanın Uiltşir qraflığında yerləşən "Henry Aldridge and Son" hərrac evi təşkil edib.
 
"Jules Jurgensen" firmasına məxsus saat 1912-ci il fəlakətindən sonra cəsədi tapılan alman-­amerikalı iş adamı İsidor Ştrausun üzərində olub. Aysberqlə toqquşmadan sonra İsidor və arvadı İda qayığa minməkdən imtina edərək, gəmidəki digər insanların taleyini bölüşməyə qərar vermişdilər.
 
Axtarış qrupları İsidor Ştrausun cəsədini şəxsi əşyaları, o cümlədən saatı ilə birlikdə aşkar ediblər. Dənizin dibindən çıxarıldıqdan sonra saat onun varislərinə təhvil verilib. Bununla belə, İda Ştrausun cəsədi bu günədək tapılmayıb.
Link kopyalandı!
Son xəbərlər