Yaponiya Çinlə münasibətlərinin gərginləşməsinə görə pandasız qala bilər
Dünya
144
08:19, Bu gün

Yaponiya Çinlə münasibətlərinin gərginləşməsinə görə pandasız qala bilər

Yaponiya Çinlə siyasi münasibətlərin gərginləşməsi səbəbindən zooparklarında olan bütün iri pandaları itirə bilər.
 
Moderator.az bildirir ki, oxu.az bu barədə "Kyodo" agentliyinə istinadən xəbər verir.
 
Çin uzun illərdir "panda diplomatiyası" adlanan siyasət yürüdür: Bu siyasətə əsasən, Pekin pandaları digər ölkələrə uzunmüddətli icarəyə verir. İcarə müqaviləsinin müddəti başa çatdıqda o ya uzadılır, ya da pandalar ölkələr arasındakı münasibətlərdən asılı olaraq Çinə qaytarılır.
 
Agentliyin yazdığına görə, Yaponiyada qalan yeganə panda cütlüyü - Tokio Ueno zooparkının əkizləri Syao Syao və Ley Ley icarə müqaviləsinə əsasən fevral ayında Çinə qaytarılmalıdır.
 
Məlumata görə, vəziyyət Yaponiyanın Baş naziri Sanae Takaiçinin son açıqlamalarından sonra daha da gərginləşib. O bildirib ki, Çin Tayvan üzərində nəzarəti ələ keçirməyə cəhd edərsə, Tokio özünümüdafiə qüvvələrini göndərə bilər. Bu sözlər Çinin kəskin reaksiyasına səbəb olub. Diplomatik gərginlik həm qalan pandaların taleyini, həm də gələcəkdə yeni heyvanların alınması imkanlarını sual altına qoyur.
Link kopyalandı!
Son xəbərlər