Qitələr tədricən yoxa çıxır: Nə baş verir?
Dünya
141
08:13, Bu gün

Qitələr tədricən yoxa çıxır: Nə baş verir?

Geoloqlar planetimizin mantiyasında qitələrin alt tərəflərini aşındıran və Yerin içərisindən almazla zəngin süxurların səthə qalxmasına səbəb olan maqnit dalğalarının mövcudluğunu kəşf ediblər.
 
Moderator.az xəbər verir ki, tədqiqat "Nature Geoscience" jurnalında dərc edilib.
 
Alimlər okean vulkanizmi və kontinental plitələrin hərəkəti ilə bağlı uzun müddətdir davam edən bir sirri açıblar. Onlar bəzi adaların kontinental plitələrdən uzaqda yerləşməsinə baxmayaraq, niyə bu qədər kontinental materiala malik olduğunu izah ediblər.
 
Geoloqlar qitələrin alt hissələrinin yavaş-yavaş "əridiyini" və onlardan ayrılan hissələrin okeanların dərinliklərinə irəlilədiyini aşkar ediblər. Bu, zəif maqnit dalğaları vasitəsilə baş verir.
 
Alimlərin fikrincə, məhz buna görə də, okeanların dibində qədim qitələrin qalıqlarına rast gəlinir. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər