Nigeriyada kilsədən girov götürülmüş 38 nəfər azad edildi
Dünya
185
23 Nov 2025 | 23:29

Nigeriyada kilsədən girov götürülmüş 38 nəfər azad edildi

Nigeriyanın qərbində yerləşən kilsədə terrorçular tərəfindən girov götürülmüş 38 inanclı azad edilib.

Moderator.az xəbər verir ki, bu barədə ölkə prezidenti Bola Tinubu məlumat verib.

Tinubu bildirib ki, təhlükəsizlik xidmətlərinin səylərini koordinasiya etmək üçün Cənubi Afrikada keçiriləcək G20 sammitinə səfərini ləğv edib.

“Xalqımız, təhlükəsizlik xidmətlərimizin səyləri nəticəsində girov götürülmüş 38 kilsə üzvü xilas edildi. Ölkə üzrə təhlükəsizlik vəziyyətini yaxından izləyirəm və cinayətkarlığa qarşı mübarizədə məlumat alıram. Mən geri çəkilməyəcəyəm. Hər bir nigeriyalı təhlükəsizlik hüququna malikdir, biz ölkədə nizamı bərpa edəcəyik və xalqımızı qoruyacağıq”, - prezident qeyd edib.

Hücum 18-19 noyabr gecəsi baş verib, terrorçular kilsə üzvlərinə atəş açıblar, nəticədə beş insan həlak olub, 38-i isə girov götürülüb.

Link kopyalandı!
Son xəbərlər