01:10
12°C
Bakı
Livan Prezidenti Cozef Aun beynəlxalq ictimaiyyəti İsrailin Livana qarşı aqressiyasını dayandırmağa çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Prezident bildirib ki, İsrail hakimiyyəti respublikaya qarşı hücumları dayandırmaq çağırışlarını görməzdən gəlir və hərbi eskalasiyanı davam etdirir.
“İsrail Livana hücumları dayandırmaq çağırışlarını nəzərə almır və hərbi eskalasiyanı davam etdirir”, - Aun bildirib.
Cozef Aun xatırladıb ki, Livan hökuməti atəşkəs razılaşmasından sonra bir il ərzində bir-birinin ardınca vəziyyəti stabilləşdirməyə və münaqişəni tənzimləməyə yönəlmiş təşəbbüslər irəli sürüb.
“Lakin İsrail təkliflərimizə cavab verməyib və aqressiv kursuna sadiq qalıb”, – deyə o qeyd edib.