23:56
14°C
Bakı
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram"da bildirib.
Zelenski diqqətə çatıdırıb ki, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir, bu prosesin praktiki nəticə verməs - Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.
“Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, - deyə Zelenski vurğulayıb.