22:21
13°C
Bakı
Vaşinqton və Kiyev arasında sülh planı ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunub.
Moderator.az xəbər verir ki, bubarədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə görə, hazırda iki ölkənin nümayəndə heyətləri təqdim olunmuş təklifləri birlikdə nəzərdən keçirir və sülh planının detalları üzərində işləyirlər.
“ABŞ və Ukrayna nümayəndə heyətləri hazırda sülh planı üzrə daxil olan təklifləri işləyib hazırlayırlar”, - Rubio qeyd edib.