Ərdoğan:
Dünya
130
21:10, Bu gün

Ərdoğan: "Türkiyə Qəzzada beynəlxalq qüvvələrin tərkibində iştirakı ilə bağlı hələ qərar verməyib"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı beynəlxalq sülhməramlı missiyada ölkəsinin silahlı qüvvələrinin iştirakı ilə bağlı hələ də qərar vermədiyini bildirib.

O, bu açıqlamanı Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsindəki mətbuat konfransı zamanı verib.

"Bu məsələnin qiymətləndirilməsi tələb olunur. Buna görə də, biz, xüsusən də Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrimizin Qəzzada sabitləşdirici amil kimi necə istifadə edilə biləcəyini təhlil edəcəyik. Bu qiymətləndirmədən sonra qərar veriləcək", - deyə o bildirib.

Xatırladaq ki, hazırda ABŞ Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması ilə bağlı bir neçə ölkə ilə qapalı danışıqlar aparır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər