Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb
Dünya
170
20:49, Bu gün

Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb

Bu gün Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb. İki gün davam edəcək tədbir Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçirilir.

Moderator.az AZƏRTAC -a istinadla xəbər verir ki, konfransda 40 ölkədən nazirlər, ekspertlər, hüquqşünaslar, ümumilikdə 4000 nümayəndə iştirak edir.

Konfransda məhkəmə keyfiyyəti sahəsində beynəlxalq təcrübələr nəzərdən keçiriləcək və təkmilləşdirmə üçün ən yaxşı nümunələr müzakirə olunacaq. Tədbir çərçivəsində 50-dən çox natiq 8 panel iclasında fikirlərini bölüşəcəklər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər