Nigeriyada qaçırılan 300 şagirddən 50-si xilas oldu
Dünya
132
19:29, Bu gün

Nigeriyada qaçırılan 300 şagirddən 50-si xilas oldu

Nigeriyanın qərbində yerləşən Müqəddəs Məryəm katolik məktəbindən terrorçular tərəfindən aparılan şagirdlərdən bir qismi qaçaraq xilas ola bilib.

Moderator.az xəbər verir ki, bu barədə "Agence France-Presse" ölkənin Xristian Assosiasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, 50 şagird qaçaraq valideynlərinə qovuşub.

Bildirilir ki, 20-dən 21 noyabra keçən gecə silahlı cinayətkarlar Niger ştatında yerləşən məktəbə hücum edərək 300-ü şagirdi, 12-si müəllim olmaqla 303 nəfər əsir götürmüşdü.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər