Ukrayna Prezidenti Vlolodimir Zelenski İsveçrənin Cenevrə şəhərində ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndə heyətləri arasında “sülh planı” üzrə intensiv danışıqların davam etdiyini bildirib.
Moderator.az xəbər verir ki, Ukrayna Prezident bu barədə “Telegram” hesabında paylaşım edib.
Volodimir Zelenskinin sözlərinə görə, nümayəndə heyətlərinin hazırkı məqsədi müharibəni dayandırmağa yönəlmiş addımlar üzərində işləri koordinasiya etməkdir. O, diplomatik prosesin aktivləşməsini müsbət qiymətləndirib və görüşlərin konstruktiv keçəcəyinə ümid etdiyini vurğulayıb: “Ukrayna və ABŞ komandaları, Avropa tərəfdaşlarımızın nümayəndələri yaxın təmasdadır. Çox ümid edirəm ki, nəticə olacaq”.
Ukrayna Prezident qeyd edib ki, qan tökülməsini dayandırmaq və müharibənin yenidən alovlanmaması üçün etibarlı təminatlar vacibdir. O, danışıqlarda iştirak edən bütün tərəflərin konstruktiv olacağına ümid etdiyini, son nəticədə müsbət nəticə gözlədiyini qeyd edib.
Volodimir Zelenski bildirib ki, artıq Ukrayna nümayəndə heyəti ilk görüşlərin və danışıqların nəticələri barədə qısa hesabat təqdim olunub: “ABŞ tərəfindən irəli sürülən təkliflər Ukraynanın mövqeyinə əsaslanan və ölkənin milli maraqları üçün əhəmiyyət daşıyan bir sıra elementləri nəzərə ala bilər. Hazırda qan tökülməsinə və müharibəyə son qoyulması üçün bütün elementlərin həqiqətən effektivliyini təmin etmək üzərində işi davam etdirilir”.