19:00
14°C
Bakı
Moskva vilayətində yerləşən Şatura Dövlət Rayon Elektrik Stansiyasında dron hücumundan sonra baş verən yanğın söndürülüb.
Bunu Moskva vilayətinin qubernatoru Anrey Vorobyov bildirib.
Hazırda stansiyada soyutma işləri aparılır və nəticələrin Moskva vaxtı ilə saat 17:00-a qədər tam aradan qaldırılması planlaşdırılır.
Qeyd edək ki, ötən gecə Moskva yaxınlığındakı Şatura Rayon Elektrik Stansiyasına PUA hücumu olub. Nəticədə pilotsuz 1500 MVt gücündə olan istilik elektrik stansiyasının transformatorunda güclü yanğın baş verib.