Ukrayna ən çoxu iki il ərzində, bəlkə də daha tez tamamilə bizim olacaq.
Moderator.az xəbər verir ki, bunu rusiyalı filosof Aleksandr Dugin deyib.
“Artıq orada suverenlikdən əsər-əlamət qalmayacaq, çünki ukraynalılar bundan necə istifadə edəcəklərini qətiyyən bilmirlər. Heç vaxt bacarmayıblar və öyrənmək istəmirlər də. Bildiyim qədəri ilə, Ukrayna cəmiyyətinin vahid rus dünyası məkanına inteqrasiyası üçün ətraflı plan üzərində iş sürətlə gedir. Dərsliklər, kütləvi müalicə üçün təcili yardım proqramları və zehni reabilitasiya üzərində işlər davam edir. Artıq inzibati yenidənqurma planının layihəsi hazırlanıb. Bu ərazilər, ehtimal ki, "Köhnə Torpaqlar" adlandırılacaq. Lakin bu, müzakirə olunur. Nasistlərin danışdığı rusofob ləhcənin saxlanılması və ya ləğv edilməsi ilə bağlı fikir birliyi yoxdur. Mən onun qismən qorunmasının tərəfdarıyam, amma hamı bunu dəstəkləmir. Biz bu məsələyə çox ciddi və hərtərəfli yanaşırıq. Bu, təbliğat məqsədləri üçün deyil, böyük, uzunmüddətli işlər üçündür”, - Dugin bildirib.