16:07
16°C
Bakı
Nigeriya hökuməti təhlükəsizlik vəziyyətinin gərginləşməsi səbəbindən ölkə üzrə 47 federal kollecin dərhal bağlanmasına dair göstəriş verib.
Moderator.az rg.ru-ya istinadən xəbər verir ki, bu barədə Nigeriya Təhsil Nazirliyinin sənədində bildirilir.
Bundan başqa, Katsina, Plato və Taraba ştatlarının hökumətləri də dövlət ibtidai və orta məktəblərinin bağlanmasını əmr edib.
Xatırladaq ki, noyabrın 21-də terrorçular Niger ştatının Papiri şəhərindəki Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edərək, azı 315 nəfəri qaçırıblar.