ABŞ Maduroya ad günündə
Dünya
127
15:10, Bu gün

ABŞ Maduroya ad günündə "hədiyyə" vermək niyyətindədir

Ağ Ev Venesuela Prezidenti Nikolas Maduronun ad günündə Karakasa vərəqələrin atılması üzərində düşünür.

Moderator.az bildirir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən xəbər verir.

Vərəqələrdə Maduronun həbs və mühakimə edilməsində köməkliyə görə 50 milyon dollar məbləğində mükafatlandırma barədə məlumatın yer alacağı planlaşdırlır.

Vaşinqton bu yolla Maduroya qarşı təzyiqi gücləndirmək, onu istefaya getməyə vadar etmək istəyir.

Qeyd edək ki, noyabrın 23-də Maduronun 63 yaşı tamam olur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər