Ərdoğan Makronla görüşüb
Dünya
129
15:00, Bu gün

Ərdoğan Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emanuel Makronla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan görüşdə Türkiyə ilə Fransa arasında əlaqələrin inkişafı istiqamətində qarşılıqlı addımların vacibliyini vurğulayıb. Prezidentlər Qəzzadakı son vəziyyəti də müzakirə edib.

Qəzzada atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan daimi sülhün düsturunun iki dövlətli həll çərçivəsində mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün səy göstərdiyini bildirib.

Türkiyə lideri Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə sona çatması üçün bütün diplomatik imkanlardan istifadə edilməli olduğunu, Türkiyənin müharibə edən tərəfləri sülhə əsaslanan danışıqlar əsasında bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə və Fransa prezidentləri BMT Baş Qərargahında görüşüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər