11:57
17°C
Bakı
Qəzzada atəşkəsin qorunması təkcə Fələstin xalqı üçün deyil, həm də qlobal sülh üçün ilkin şərtdir.
Moderator.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran deyib.
“Türkiyə olaraq atəşkəsin davam etməsi və Qəzzanın yenidən qurulmasını təmin etmək üçün hər zaman etdiyimiz kimi Fələstin xalqının yanında olmağa davam edəcəyik. Bu mövqe bizim humanitar dəyərlərimizin, regional və qlobal sülhə baxışımızın görüntüsüdür. Qəzzada iki dövlətli həll yolu davamlı sülhə aparır. Beynəlxalq ictimaiyyətin bu səylərə səmimi töhfəsi ədalətli və qalıcı həll yolu açacaq”, - deyə Duran bildirib.