11:39
17°C
Bakı
Vaşinqtonun Ukrayna böhranının tənzimlənməsi ilə bağlı təklif etdiyi sülh planı Rusiya və Ukraynanın yardımı ilə ABŞ administrasiyası tərəfindən hazırlanıb.
Moderator.az bildirir ki, bu barədə məlumatı Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Tommi Piqott "X" sosial şəbəkə hesabatında verib.
O, planın faktiki olaraq ABŞ nümayəndələrinə ötürüldüyünə və Rusiyanın "istəklər siyahısı" olduğuna dair ittihamları rədd edərək bunu yalan adlandırıb:
"Dövlət katibi Rubionun və bütün administrasiyanın ardıcıl mövqeyinə əsasən, bu plan həm Rusiya, həm də Ukrayna tərəflərinin töhfəsi ilə ABŞ tərəfindən hazırlanıb".