Tramp demokratları ağır cinayətdə ittiham edib
Dünya
191
09:10, Bu gün

Tramp demokratları ağır cinayətdə ittiham edib

ABŞ Prezidneti Donald Tramp demokratları ağır cinayətdə ittiham edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında paylaşımında bildirib.

Donald Tramp bildirib ki, hərbçiləri Prezidentə tabe olmamağı çağıranlar hazırda həbsdə olmalıdır. ABŞ Prezidenti onların hazırda “feyk xəbər şəbəkələrinə müsahibələr verib özlərini müdafiə etməyə çalışdıqlarını” qeyd edərək bunun qəbuledilməz olduğunu vurğulayıb. ABŞ Prezidenti qeyd edib ki, həmin şəxslərin atdığı addımlar “yüksək səviyyəli təhrikçilik”dir və belə təhrikçilik ağır cinayət sayılır: “Bir çox tanınmış hüquqşünaslar da mənim mövqeyimlə razıdır və hərbçilərə Prezidentin əmrlərinə qarşı çıxmaq barədə göstəriş verən satqın demokratlar ağır cinayətə yol veriblər”.

Link kopyalandı!
Son xəbərlər