Tramp Ukrayna üçün bunu təmin edəcək
Dünya
147
08:50, Bu gün

Tramp Ukrayna üçün bunu təmin edəcək

Prezident Donald Tramp Rusiya və Ukrayna arasındakı müharibədə sülhün əldə olunması üçün hər iki tərəfə təzyiq göstərəcək.

Moderator.az xəbər verir ki, bunu amerikalı respublikaçı senator Lindsi Qrehem bildirib.

“O, sonda Ukraynanın gələcək aqressiyalardan özünü qoruya bilən azad və suveren dövlət olaraq qalmasını təmin edəcək. Çox şey qurban verilib ki, danışıqlar nəticəyə gətirib çıxarsın”, – senator vurğulayıb.

Qrehem əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağı diqqətlə izlənilir. O qeyd edib ki, bu müharibə gələcəkdə başqalarını aqressiyaya sövq edə bilməz:

“Sonda bir daha xatırladım ki, Putin Rusiyası tərəfindən oğurlanmış ukraynalı uşaqlar təhlükəsiz şəkildə evlərinə qaytarılmalıdır”.

Link kopyalandı!
Son xəbərlər