Avtobuslar toqquşdu - Ölənlər və yaralananlar var
Dünya
271
08:40, Bu gün

Avtobuslar toqquşdu - Ölənlər və yaralananlar var

Çilinin şimalındakı Antofaqasta bölgəsində iki şəhərlərarası avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, 50 nəfər yaralanıb.

Moderator.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Xidməti məlumat yayıb.

Qəza Antofaqasta bələdiyyəsinin Şimal 5 şossesi boyunca Varillas məhəlləsində baş verib.

Səlahiyyətlilərin bildirdiyinə görə, bir neçə yaralı xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır, daha 35 nəfər isə hadisə yerində müalicə olunub. Qəzanın səbəbləri araşdırılır.

Link kopyalandı!
Son xəbərlər