ABŞ hərbçiləri Çin dronlarını gülləyəcəklər
Dünya
112
08:30, Bu gün

ABŞ hərbçiləri Çin dronlarını gülləyəcəklər

Florida hakimiyyəti tərəfindən müsadirə edilmiş 500-dən çox Çin dronu ABŞ hərbçilərinin genişmiqyaslı təlimlərində istifadə olunur.

Moderator.az bildirir ki, bu barədə "Bloomberg" xəbər yayıb.

Məlumata görə, əvvəlcə PUA-ları yandırmaq nəzərdə tutulsa da, sonradan onların dron atəşi təlimi üçün ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına (SOCOM) təhvil verilməsi qərara alınıb.

Dekabr ayında bu dronlar ABŞ qoşunlarının üçgünlük təlimdə istifadə olunacaq. Təlim zamanı amerikalı hərbçilər Çin dronlarına ov tüfəngi ilə atəş açacaqlar.

Link kopyalandı!
Son xəbərlər