Keçmiş sevgilisinin dostu ilə eşq yaşayır
Dünya
135
22 Nov 2025 | 23:23

Keçmiş sevgilisinin dostu ilə eşq yaşayır

Keçmiş sevgilisi Rafael Cemo Çetinlə ayrıldıqdan sonra aktrisa Dilan Çiçek Deniz onun yaxın dostu Miro Gerede Erkaya ilə eşqə başlayıb.
 
Bu, Çetin ailəsində gərginliyə səbəb olub. İddialara görə, Rafaelin qardaşı Orfeo Çetin Miroya hücum edib və bu hadisə iki yaxın dost arasındakı dostluğa son qoyub.
 
Deniz rejissor və prodüser Sinan Çetinin oğlu Rafael Cemo Çetinlə bir ildir ki, gizli münasibətdə olub, lakin cütlük ötən ilin sentyabrında ayrılıb.
 
Ayrıldıqdan sonra gənc aktrisa Rafael Cemo Çetinin yaxın dostu Miro ilə gizli görüntülənib. Tərəflərdən heç biri rəsmi olaraq məsələ ilə bağlı açıqlama verməsə də, gərginliyin təfərrüatları tabloidlərdə müzakirə olunmağa davam edir. (Axşam.az)
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər