ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşub
Dünya
61
22:30, Bu gün

ABŞ təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşub

"United Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteozond ilə toqquşduqdan sonra Yuta ştatının Solt Leyk Siti şəhərinə təcili eniş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "New York Post" ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.
 
Qəza 16 oktyabrda baş versə də, araşdırmanın nəticələri yenicə dərc olunub.
 
NTSB-nin məlumatına görə, meteozondu Vaşinqton ştatının Spokeyn şəhərindən buraxan "WindBorne Systems" idarəetməni itirdiyini və bunun hadisəyə səbəb ola biləcəyini etiraf edib.
 
Məlumata görə, zond təyyarənin ön şüşəsini sındırıb və heyət təcili eniş etməyə məcbur olub. Sərnişinlərdən heç biri xəsarət almayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər