Paşinyan Konstitusiyaya dəyişikliklə bağlı referendumun vaxtını açıqladı
Dünya
51
21:17, Bu gün

Paşinyan Konstitusiyaya dəyişikliklə bağlı referendumun vaxtını açıqladı

"Ermənistanın yeni Konstitusiyası gələn ilin iyun ayında keçiriləcək parlament seçkisindən sonra qəbul edilməlidir".
 
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
O bildirib ki, 2026-cı il parlament seçkisindən sonra yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilməsi vacibdir. Bu, siyasi qüvvələrin məsələ ilə bağlı mövqeyini ictimaiyyətə çatdıra bilməsi və artıq səs çoxluğu qazanmış qüvvənin mövqeyinin yeni Konstitusiyanın hazırlanmasında həlledici olması üçün lazımdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər